Möhtəşəm tədbir

    25 noyabr tarixində məktəbdə "Analar günü"-nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin şagirdləri və onların anaları iştirak edirdilər. Rəfili Selcan "Anacan" adlı mahnı oxudu, qardaşlar Abdullayev Kamil və Abdullayev Vüqar tar və sazda,Namazova Nilufər kanonda, Məsimova Məxluqə və Kazımlı Fatimə skripkada ifa etdilər, İrzayev İkram və Farzəliyeva Fatimə milli rəqs oynadılar.  Bundan əlavə şagirdlər tamaşa göstərdilər və analarına həsr olunmuş kollektiv şəklində mahnı oxudular. Məktəbin direktoru ve bütün məktəb kollektivi tədbirin təşkilatçiları Lətafət Kərimovaya və Gülbəniz Bəşirovaya təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi