31.01.2025-ci il tarixində Pedaqoji Şuranın növbəti iclası keçirildi.

   31 yanvar 2025-ci il tarixində Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın illik Fəaliyyət Planına uyğun olaraq  2024-2025-ci tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirildi.  Sədr Nəzakət Əsgərova giriş sözü ilə iclası açıq elan etdi. Pedaqoji Şurada
2024-2025-ci tədris ili üzrə I yarımilin yekunları və II yarımildə qarşıda duran vəzifələr və hədəflər, I yarımil üzrə BSQ qiymətlərinin yarımillik yekun hesabatları, Respublika  Fənn Olimpiadalarının yarımfinal mərhələsində iştirak edəcək şagirdlərlə növbəti tura hazırlıq vəziyyəti, məktəbdaxili nizam-intizam, şagird təhlükəsizliyinin qorunması məqsədilə valideyn məsuliyyətinin artırılması, risk qrupuna daxil olan şagirdlərlə aparılan işin gücləndirilməsi, davamiyyət, zəif nəticə göstərən şagirdlərlə işin təşkili, psixoloji xidmətin təşkili,  lX sinif buraxılış imtahanına hazırlıq işinin təşkili, məktəbdə təhlükəsizliyin təmin olunması üçün nəzarətin gücləndirilməsi məsələləri müzakirə olundu və müvafiq qərarlar qəbul edildi. 
     Fəaliyyət Planından irəli gələn vəzifələr, Fənn aylığı çərçivəsində görülən işlər, monitorinqlərlə bağlı fənn metodbirləşmə rəhbərlərinin, direktor müavinlərinin hesabatları dinlənildi.
     Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi