"Gəncliyin ilk baharı " və "Reproduktiv sağlamlıq nədir?” mövzusunda maarifləndirici seminar keçirildi.
30.10.2024-cü il tarixində ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsaitə uyğun olaraq "Gəncliyin ilk baharı " və "Reproduktiv sağlamlıq nədir?”
mövzusunda 9a, 9b, 9c, 9ç sinif şagirdlərinə məktəbin psixoloqları Aytac Cəfərli və İradə Rzayeva tərəfindən maarifləndirici seminar keçirildi. Söhbət zamanı yeniyetməlik dövrünün xüsusiyyətlərindən, bu dövrdə müşahidə olunan dəyişikliklərdən, düzgün yuxu rejimi qaydalarından, qadın reproduktiv sistemindən və s. barədə şagirdlərə məlumat verildi. Mövzu şagirdlərlə geniş müzakirə edildi , sonda isə onların mövzu ilə bağlı sualları cavablandırıldı.