Şəhidlərimizi hörmətlə anırıq!
Bu gün 25 nömrəli tam orta məktəbin rəhbər və kollektivi prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında" sərəncamına əsasən tədbir keçirmişlər.
Tədbirdə məktəbin şəhidləri olan Məcidzadə Teymur Tehran oğlu və Ulubəyov Nurəhməd Hacıbəy oğlunun xatirəsi yad edilmişdir. Tədbirdən sonra ibtidai və yuxarı sinif şagirdləri məktəbin həyətindəki şəhidlərin barelyefinin önünə tər güllər düzmüşlər.
Məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Lətafət Alcanova, çağırışaqədərki hazırlıq fənni üzrə rəhbəri Mahir Əhmədov, UBR Aytən Səfərova şagirdlərə millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik, onun inkişafının ümummilli anlamını əks etdirən tövsiyyələr vermişlər.