Beynəlxalq və Respublika səviyyəli olimpiada,festifal və yarışlarda iştirak etmiş xüsusi istedada malik şagirdlər

                    İstedad - bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün sərf olan qabiliyyətlərin özünəməxsus birliyidir.  Şagirdyönümlü təhsilimizin əsas məqsədlərindən biri istedadlı şagirdlərin aşkarlanması, inkişafı, bilik və bacarıqlarının praktik  həyata yönləndirilməsidir. Bütün məktəblərdə çoxlu  sayda istedadlı şagirdlər var. Sadəcə onları aşkar etmək, düzgün istiqamətləndirmək, qabiliyyətlərini  inkişaf etdirmək lazımdır. Bizim də məktəbdən 9A sinif şagirdi Süleymanlı Aydın Elşən oğlu istedadlı şagirdlərimizdən biridir. O, 2 - 12 oktyabr 2019-cu il tarixdə Hindistanın Mumbay şəhərində 14, 16 və 18 yaşadək qızlar və oğlanlar arasında şahmat üzrə Dünya birinciliyi keçirilmişdir. 29 oktyabr -- 5 noyabr 2019-cu il tarixdə Türkiyənin Çorum şəhərində şahmat üzrə 16 yaşadək gənclər arasında Dünya Olimpiadası keçirilmişdir.Türkiyənin Çorum şəhərində yığmamızın parlaq qələbəsi ilə nəticələnən 16 yaşlı şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının əsas qəhrəmanlarından biri 14 yaşlı Aydın Suleymanli oldu. Çinə qarşı keçirilən son qarşılaşmada da yeganə qələbəni məhz Aydın Süleymanlı qazandı. Bu Aydının son bir ayda ikinci böyük uğurudur. Biz belə şagirdlərimizlə fəxr edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi