HAQQIMIZDA

1972-ci ildə inşa olunan məktəb binası iki korpusdan ibarətdir. Məktəbdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir.2013-cü ildə məktəbin binası əsaslı şəkildə təmir edilmiş, sinif otaqları, fənn kabinetləri yenidən qurularaq müasir avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətraf ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

 1150 şagird yeri olan əsas korpusda avadanlıqla təchiz olunmuş 3 kompüter zalı, 1 idman zalı, fizika, kimya, biologiya kabinetləri və laboratoriyaları, yeməkxana, kitabxana, 120 yerlik akt zalı, ibtidai sinifllərdə elektron lövhə ilə təchiz olunmuş 39 sinif otağı mövcuddur. Təhsil Azərbaycan və rus dilində 6 günlük və iki növbəli tədris qrafikinə uyğun aparılır. İkinci xarici dil kimi rus dili fənni tədris olunur. Məktəbdə 1845 şagird təhsil alır. Məktəbin pedaqoji kollektivi 118 üzvündən ibarətdir. Onlardan 8 nəfəri magistr dərəcəsinə malikdir.. 2020-2021-ci tədris ilində məktəbimizin 3 nəfər məzunu 600 baldan yüksək nəticə göstərmişdir. 14 nəfər məzun isə 500-600 arasında bal toplayaraq ali məktəbə qəbul olunmuşdur. 2020-2021 ci tədris ilində məktəbimizin ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran 10 nəfər IX sinif məzunu ümumi orta təhsil haqqında fərqlənmə attestatı, tam orta təhsili əla qiymətlərlə başa vuran 3 nəfər XI sinif məzunu tam orta təhsil haqqında fərqlənmə attestatı ilə məktəbimizdən məzun oldu

Məktəbimizin pedaqoji kollektivi  həmişə fədakarlıqla çalışmış, öz bilik və bacarıqlarını gənc nəslin nümayəndələrinə ötürmək üçün əllərindən gələni etmişlər. Yüksək bal toplamış bir çox məzunlarımız xarici ölkələrdə təhsil alırlar. Məktəbimizin kollektivi öz işinə vicdanla , böyük məsuliyyətlə yanaşır, şagirdlərin daha çox bilik və bacarıq qazanması üçün əlavə üsul və vasitələrdən istifadə edir, təhsillərini artırır, öz üzərlərində müntəzəm olaraq çalışırlar. Ümidvarıq ki, dövlətin təhsil sahəsində qarşımıza qoyduğu bütün vəzifələrin öhdəsindən kollektivimiz bundan sonra da öhdəsindən müvəffəqiyyətlə gələcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi