Azərbaycançılıq İdeologiyasının fəlsəfi məna tutumu və mahiyyəti

                              Məktəbdə Azərbaycançılıq İdeologiyasının fəlsəfi məna tutumu və mahiyyəti mövzusunda tədbir keçirildi. Məlumat üçün məktəbin direktoru N.S.Bayramov çıxış etdi. O, çıxışında bildirdiki Hər bir dövlət siyasətini həyata keçirərkən milli ideologiyaya əsaslanan Azərbaycançılıq xalqı dövlətin təkcə obyekt yox, həm də subyekt idarəedicisi kimi nəzərdə tutur."Azərbaycançılıq" xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün "azərbaycançılıq" milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi