31 mart Azərbaycanlıların soyqirim günü

                                    29 mart tarixində məktəbdə Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir keçirildi. Bir dəqiqəlik sükutla həlak olanların ruhu yad edildi.Çıxış üçün söz tarix müəllimi Vüqar Ələkbərova verildi. O çıxışında bildirdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi