Milli Qəhrəman Mübariz İbrahimov adına İncəsənət Mərkəzinə ekskursiya

                        Şagirdlərin hər bir sahədə maariflənməsi, vətənpərvər ruhda böyüməsi, ekskursiyaların keçirilməsi vacib məsələlərdən biridir desək yanılmarıq. Şagirdlər Mübariz İbrahimov adına İncəsənət Mərkəzinə ekskursiya etdilər. Şagirdlər İncəsənət Mərkəzində Mübariz İbrahimovun qəhrəmanlıqları barədə geniş məlumat aldılar.

                        Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Mübariz ona qoyulan adı doğrultdu.Heç kəs anadan qəhrəman doğulmur. Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən onlardır. Azərbaycan Xalqı Mübariz İbrahimov kimi qəhrəmanları ilə fəxr edir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi