"Valideynin məktəbdə bir günü"

                 

               “Valideynin məktəbdə bir günü” adlı layihənin həyata keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən məktəbdaxili 09.02.2019-cu il tarixli 36 nömrəli əmr imzalanmışdır.

              08:30-dan 09:00-dək valideynlərin qeydiyyatı aparıldı. 09:00-da tədbirin rəsmi açılışı oldu. Tədbirdə məktəbin direktoru N.S.Bayramov, Təlimə Dəstək Mərkəzinin mentoru E.Quliyev, T.T.İ üzrə direktor müavinləri, psixoloq, UBTR və valideynlər iştirak edirdilər. Tədbiri məktəbin direktoru açaraq bu layihənin keçirilməsi məqsədi barədə valideynlərə ətraflı məlumat verərək bildirdi ki, bir gün də, olsa, övladlarınızın oxuduğu məktəbdə sağlam təhsil mühiti ilə tanış olmaqla yanaşı, eyni zamanda məktəb həyatı ilə maraqlana biləcəksiniz.

              Məktəblə əyani tanışlıq məqsədilə valideynlər nəzarətçi müəllimlərin bələdçiliyi ilə bir neçə qrupa bölünərək məktəb kitabxanası, laboratoriyalar, bufet, idman zalı, sinif otaqları, müəllimlər otağı və tibb məntəqəsinə yollandılar. Növbə ilə qeyd olunan yerlərlə tanış olduqdan sonra proqram üzrə tədris prosesini  müşahidə etmək üçün istəkləri üzrə dərslərdə iştirak etdilər. Valideynlər dərs dinləmədən sonra yenidən akt zalına yığışaraq Təlimə Dəstək Mərkəzinin mentoru E.Quliyev tərəfindən valideynlər üçün nəzərdə tutulan “Məktəb –şagird-valideyn üçbucağı” mövzuda seminarda iştirak etdilər. Mentorun əhatəli çıxışından sonra valideynlərin sualları cavablandırıldı.

              Sonda məktəbin şagirdlərinin ifasında bədii hissə keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi