Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27 il dönümü

                                Oktyabrın 17-də 249 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27 il dönümü ilə bağlı tədbir keçirildi.Tədbirin açılışında bütün iştirakçılar Azərbaycanın dövlət himnini ifa ediblər. Məktəbin tarix müəllimi V.Ələkbərov çıxış edərək ölkəmizin dövlət müstəqilliyinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu, son 27 ildə böyük inkişaf yolu keçdiyini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin yürütdüyü ardıcıl siyasət nəticəsində dövlətçiliyimizin möhkəmləndiyini və Azərbaycanın dünya miqyasında nüfuzunun artdığını söylədi. 

                                Daha sonra tədbirdə şagirdlər tərəfindən şerlər oxunub və slaydlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi