31 Mart Azərbaycanlıların soyqırım günü

                                    28 mart tarixində məktəbin 8Ç,8D sinif şagirdlərinin , tarix müəllimi V.Ələkbərovun və məktəbin direktoru N.S.Bayramovun iştirakı ilə 31 mart Azərbaycanlılarının soyqırımı günü ilə bağlı dəyirmi masa keçirildi. V.Ələkbərov şagirdlərə geniş şəkildə məlumatında bildirdi ki, mart soyqırımı və ya mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ŞamaxıQubaXaçmazLənkəranHacıqabulSəlyanZəngəzurQarabağNaxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından danışdı. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi