20 Yanvar Faciəsinin 28-ci il dönümü

18 yanvar tarixində məktəbdə 20 yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə 1 dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edildi.Biz azərbaycanlılar bilirik ki, 20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. 20 yanvar faciəsi nə qədər acınacaqlı olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tədbirdə çıxış üçün söz tarix müəllimi Vüqar Ələkbəroba verildi.O da bu faciə haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.Şagirdlər çıxışlarında bu faciəni əks etdirən bədii kompozisiya nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi