Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il şənliyi

Dekabrın 31-i artıq neçə illərdir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır.

28 dekabr tarixində bizim məktəbdə də Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il şənliyi keçirildi. Tədbiri 5Ç və 8D sinif şagirdləri yüksək səviyyədə hazırladılar. Tədbirdə açılış üçün söz məktəbin direktoru N.S.Bayramova verildi. Aparıcılar öz çıxışlarında bildirdilər ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir və dünyanın hər yerində yaşayan azərbaycanlıları birliyə və həmrəy olmağa səsləyir. Şagirdlərin şerləri, mahnıları və rəqsləri tədbiri daha da canlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi