Deputat Mirzəzadə Aydın Böyükkişi oğlu ilə görüş

27 oktyabr taixində Azərbaycan Respublikası Milli Məclisi təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, siyası elmlər üzrə fəlsəfə doktoru Mirzəzadə Aydın Böyükkişi oğlu məktəbimizdə qonaq oldu. Məqsəd onun axırıncı yazdığı "Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva facıəsi" adlı kitabının təqdimatı idi.Məktəbimizin 5A sinif şagirdi Nəsibə Zeynalova Zəhra Quliyeva haqqında çəkdiyi bir şəkili Aydın Mirzəzadə facebook sosial şəbəkədə izləyərkən nəzərini cəlb etdi. Bu balaca bir qızın Zəhra Quliyeva haqqında fikirlərini çəkdiyi rəsmdə əks etdirməsi Aydın Mirzəzadədə maraq doğurdu. O, öz kitabına Nəsibənin çəkdiyi şəkili də ora əlavə edib. Sonda Aydın Mirzəzadə kitabın bir nüsxəsini 5A sinif şagirdi Seyidova Zəhraya təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi