"Şanlı Azərbaycan" 28 May Respublika günü

24.05.2017-ci il tarxində 249 №-li tam orta məktəbdə 28 may Respublika günü münasibətilə dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru N.Bayramov, şərqdə ilk demokratik respublika olan ADR-ın yaranmasından, apardığı dövlətçilik quruculuğundan, siyasi- mədəni islahatlarından gənc nəslə söz açmış, bugünkü AR-ın XX əsrin əvvələrində Şərqdən azadlıq günəşi kimi doğan ADR-ın sələfi, varisi olaraq apardığı uğurlu daxili və xarici siyasətdən danışmışdır. Sonra söz məktəbin tarix müəllimi V.Ələkbərova verildi. O müstəqil Azərbaycanın gələcək qurucuları kimi xalqımızın tarixini yaxşı öyrənməyi, müxtəlif biliklərə yiyələnməyi, vətəni ürəkdən sevməyi və vətənə layiqli bir vətəndaş kimi yetişməyi şagirdlərə tövsiyə etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi