” İnsan Hüquqları ” - hüquq bərabərliyi

                       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları” günü kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə may ayının 18-dən iyun ayının 18-dək respublikamızda” İnsan Hüquqları Aylığı” çərçivəsində 25.05.2017-Cİ İL tarixdə 249N-li tam orta məktəbdə “Davamlı inkişaf uğrunda” ictimai birliyin sədri AMEA-nın şöbə müdiri , fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov, “İnsan ekalogiyası” ictimai birliyin sədri Aqil Əsədov və KİV nümayəndələri ilə birgə “İnsan Hüquqları Günü” tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nizami Bayramov açmışdır. Natiqlər insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularla çıxış etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi