Dahi şəxsiyyət Ümummilli lider Heydər Əliyevin doğum gününün 94 illiyi

Ulu öndər Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb. 249№li tam orta məktəbdə də Ulu Öndərin 94 illiyi ilə bağlı 8 sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə tarix müəllimi Zərifə müəllimə şagirdlərə ətraflı məlumatında qeyd etdi ki, Heydər Əliyevin qəlbində Azərbaycan alovu, sevgisi vardı: “Bu gün Heydər Əliyevin yolu, gördüyü işlər davam etdirilir. Azərbaycanda hazırda çoxlu sayda möhtəşəm beynəlxalq tədbirlər keçirilir, ölkəmiz belə tədbirlərin mərkəzinə çevrilib. Azərbaycanı sevən insanlar ümummilli lider Heydər Əliyevin ideyalarını nəinki yaşatmalı, hər kəs bunu öz həyatında davam etdirməlidir. Hər kəs ulu öndər Heydər Əliyev ideyalarını özü üçün böyük zəmin, dayaq bilməlidir. Bu halda Azərbaycanın bundan sonrakı inkişafı daha böyük, sürətli olacaq”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi