VƏTƏNİM AZƏRBAYCANDIR

249№li tam orta məktəbdə 1B sinif şagirdləri "VƏTƏNİM AZƏRBAYCANDIR" adlı tədbir keçirtdilər. Doğulub boya-başa çatdığın, suyunu içib, nemətini daddığın, acısı ilə kədərlənib, sevinci ilə qanadlanıb uçduğun, yaxşısı ilə öyünüb, pislərini özünə dərd etdiyin yurd -Vətəndir. Bu vətənin böyük, şərəfli bir adı var- Azərbaycan! Azərbaycan mənim vətənimdir. Doğma vətənimə sevgim hər şeyə - havasından, suyundan, təbiətindən, torpağından, daşından tutmuş insanlarına olan dərin və tükənməz sevgimdir. Bu vətənin şanlı tarixi keçmişi, indisi və işıqlı gələcəyi mənə əzizdir. Şagirdlər bir daha vətənpərvərliklərini şerləri, mahnıları, rəqsləri ilə sübut etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi