1 DEKABR – ÜMUMDÜNYA QİÇS-LƏ MÜBARİZƏ GÜNÜDÜR!

1988-ci ildən etibarən hər il 1 dekabr tarixində Qazanılmış İmmun Çatışmazlığı Sindromu virusuna diqqəti cəlb etmək üçün beynəlxalq səviyyədə qeyd edilən gün Ümümdünya QİÇS Günü eyni zamanda virusun səbəb olduğu xəstəliklərdən vəfat etmiş şəxslərin xatirələrinin anılması günü kimi də qeyd olunur. BMT üzvü olan dövlətlər tərəfindən adətən QİÇS-in yoluxma yolları ilə bağlı kütləvi informasiya vasitələrindən məlumatlar verilir və tədbirlər təşkil olunur.

    Bu məqsədlə 249 nömrəli tam orta məktəbin psixoloqu Səbinə Göyüşova və Uşaq Birliyi rəhbəri Əzizə Qasımova yuxarı sinif şagirdləri ilə “ Qiçs və onunla mübarizə “adlı maarifləndirici profilaktik görüş keçirib. Uşaqlara sağlam qalmağın yolları , həmçinin bu kimi xəstəliklərdən uzaq olmaq üçün diqqətli olmaları,  öz şəxsi təmizliklərinə etinasız yanaşmamağı tövsiyyə ediblər.

    Sonda şagirdlərin  mövzu ilə əlaqədar sualları dinlənilərək cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi