27 SENTYABR ANIM GÜNÜ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə əlavəyə əsasən 27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq səhər düzümündə tədbir təşkil olundu.Tədbir,Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Məktəbin direktoru K.Şıxlinskaya çıxış edərək vətən uğrunda canından kəçən şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi.K.Şıxlinskaya çıxışı zamanı qeyd  etdi ki,bu günü anım günü kimi qeyd etsək də bu gün xalqımız üçün qürurverici bir gündür.Respublikamızın suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz,arxa cəbhədə çalışan mülki insanlarımız Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşməni məğlub etməyə müvəffəq oldu.

Məktəbin tarix müəllimi Ələkbərov Vüqar çıxış edərək şagirdlerimizə Anım Günü ilə bağlı ətraflı məlumat verdi.

Xatirəniz əbədi, adınız müqəddəsdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi