21 SENTYABR - "BEYNƏLXALQ SÜLH GÜNÜ"NƏ HƏSR OLUNMUŞ SEMİNAR DƏRS KEÇİLDİ

21 sentyabrda  249 nömrəli tam orta məktəbdə ,,Beynəlxalq Sülh Günü” münasibətilə 4,,A” sinif şagirdləri ilə sinif müəllimi Səbinə Novruzova seminar dərs keçirdi. Dərs zamanı Səbinə müəllim Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili tərəfindən ölkəmizdə “Sülh aylığı”nın elan olunması haqqında məlumat verdi.

21 sentyabr - Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilib.

Hər il Beynəlxalq Sülh günü 1954-cü ildə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılmış“Sülh Zəngi”nin çalınması ilə başlayır.Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.

Beynəlxalq Sülh Günü ölkəmizdə də qeyd olunur.Azərbaycan müstəqillik əldə etdikdən sonra BMT “Uşaq haqları” Konvensiyası, “Uşaqların həyatlarının təminatı, müdafiəsi və inkişafı” haqqında beynəlxalq deklarasiyası və buna uyğun bir sıra beynəlxalq sənədlərə qoşulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi