BİLİK GÜNÜ

2023-2024-cü yeni tədris ilinin ilk günü 249 nömrəli məktəb isti qucağını öz şagirdlərinə açdı.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbin direktoru Kəmalə Şıxlinskaya çıxış edərək məktəbə ilk qədəmlərini qoyan birinci sinif şagirdlərini və onların timsalında bütün şagirdlərimizi tədris ilinin başlanması münasibətilə təbrik edib onlara uğurlar arzuladı. Çıxışında Kəmalə Şıxlinskaya ilk dərslərin "Heydər Əliyev Azərbaycan Respublikasının xilaskarı və qurucusudur" mövzusuna həsr olunacağını qeyd edib.Tədbirdən sonra məktəbimizin qonağı İcra Hakimiyyətinin nümayəndəsi və məktəbin direktoru K.Şıxlinskaya "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusunda keçirilən ilk dərsləri izlədilər.

Birincilər şeirlər,mahnılar səsləndirdilər,rəqs nümayiş etdirdilər.

Yeni dərs ilində müəllim və şagirdlərimizə müvəfəqiyyət və uğurlar arzu edirik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi