Əziz Şuşa,sən azadsan!

"Əziz Şuşa,sən azadsan!" adlı Şuşa ilinin yekun tədbiri keçirildi.Tədbirdə şəhid anaları və valideynlər qonaq qismində iştirak edirdilər. Tədbir Azərbaycan Rəspublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şagirdlərin hazirladıqları səhnəciklərdə Qarabağda yaşamış görkəmli şəxsiyyətlərin obrazları canlandırıldı,bir birindən maraqlı rəqslər və ifalar nümayiş etdirildi.Sonda məktəbin direktoru K.Şıxlinskaya çıxış edərək şəhidlərimizin qanı bahasına əldə edilmiş qləbəmizin xalqa bəxş etdiyi sevincdən danışıb və bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar Azərbaycan tarixinə əbədi daxil olaraq hər birimizin yaddaşında əbədi yaşayacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi