MƏKTƏB DİREKTORLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Ümumi təhsil məktəblərində tədrisin təşkili vəziyyəti və cari məsələlərə həsr olunmuş görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan İdarə müdiri təhsil sahəsində aparılan islahatlardan, 2022-ci ildə qazanılmış uğurlar və perspektiv məsələlərdən, müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.

M.Vəliyeva “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda irəli sürülən məsələlərin icrası vəziyyətindən bəhs edib və qarşıda duran hədəflər barədə məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi