Yol hərəkəti qaydalarına riayət edək

20.10.2022 ci il tarixində 3ç sinfində sinif rəhbəri R.Nuridənin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarına riayət edək” adli maarifləndirici tədbir keçirildi.Tədbirin keçirilməsində məqsəd şagirdlərin təhlükəsizliyini, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verildi və yolda daha diqqətli olmaları tövsiyə edildi. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırıldı

Tədbirdə şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirib, səhnəciklərlə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi