20 Yanvar - anım günü

20 Yanvar tarixi,  Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. Məktəblərdə “20 Yanvar”a həsr olunmuş tədbirlərin təşikili ən vacib məsələlərdən hesab olunur və təsadüfi deyil ki, şagirdlər bu anım günlərində iştiraka böyük həvəslə yanaşır.
20 Yanvar faciəsinin otuz ikinci ildönümü ərəfəsində 249 nömrəli məktəb də bu tarixi dərin hüznlə andı. Anım mərasimində iştirak edən müəllim və şagird kollektivi maraqlı fikirlər söylədi. Müstəqilliyə gedən yolda böyük bir çıraq olan yanvar şəhidləri bu tədbirdə yad olundu. Dəyirmi  masada iştirak edən məktəbin tarix müəllimi Vüqar Ələkbərov Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı və eyni zamanda şagirdləri də diskusiyaya cəlb etdi. Ardınca şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Bu şeirdə anılan şəhidlərimiz də hörmətlə yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi