Şagirdlərimizin hazirladıqları "Qırmızı Kitab"

Heyvanlar və bitgilər həyatımızın əvəzedilməz parçasıdır. Onlar dünyanın hər bir yerində var. Hələ ilk zamanlardan heyvanlar və bitgiler insanların da həyatda qalmasında mühüm rol oynamışdılar. Aparılan müşahidələrə əsasən son dövrlərdə heyvanların öldürülməsi, heyvanlara verilən işgəncələr olduqca çoxalıb. Əslində, 1978-ci il oktyabrın 15-də Parisdə UNESCO-nun binasında “Beynəlxalq heyvan haqları Bəyannaməsi” qəbul olunub. Bu sənəd 10 bənddən ibarətdir və "Dünya İnsan Haqları Bəyannaməsi"nin əsasında hazırlanaraq heyvanların da müdafiə olunmaq, yaşamaq hüquqlarının olmasını özündə əks etdirir. Təəssüflər olsun ki, dünyada yaşayan bir çox insan belə bir bəyannamədən xəbərsizdir. İnsanlar fauna aləmini məhv edə biləcəklərini düşünmədən, müxtəlif növ heyvanları və quşları ovlayaraq bir çox canlıları nəsillərinin kəsilməsi təhlükəsilə qarşı-qarşıya qoydu. Buna görə də, Azərbaycan 1989-cu ildə nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növlərini özündə əks etdirən "Qırmızı Kitab"ın ilk nəşrini çap etdi və bu dövlət sənədi hər 10 ildən bir yenilənir.
   Məktəbimizin 2c sinif şagirdləri hazirladıqları "Qirmızı Kitab"ı təqdim edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi