249 nomrəli tam orta məktəbin məzunu şəhid Kəmaləddin Məmmədzadənin Cənnətdəki ilk mövlud günüdür

            Bu gün şəhid Kamaləddin Məmmədzadənin Cənnətdəki ilk mövlud günüdür. Hörmətlə Anırıq

       Xətai rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş tədbirdə məktəbin müəllim kollektivi və şagirdləri də iştirak etdilər.

  Kəmaləddin Məmmədzadə 1999-cu il sentyabr ayının 14-ü Bakıda anadan olmuşdur. 2006-cı ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakultəsinə daxil olub. Kamaləddin 2 il ali təhsil aldıqdan sonra, üçüncü kursa keçid edərkən təhsilini dondurur və hərbi xidmətə yollanır və 10 ay xidmət edir.

              İkinci Qarabağ müharibəsi  sentyabr ayının 27-sindən başlayaraq noyabrın 8-nə kimi işğal olunan torpaqların geri qaytarılması  uğrunda döyüşür. O, Cəbrayıl, Zəngilan, Fizuli Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsində döyüşmüşdür. Döyüşün 44-cü günü-9 noyabr saat 5:00 radələrində Şuşa şəhərində boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid oldu. 

              Saatlı rayonunun Xələfli kəndində dəfn olunub. 

            

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi