Ana dilimiz bizim toxunulmaz sərvətimizdir

                               Fevral 19-da məktəbdə "Ana dilimiz bizim toxunulmaz sərvətimizdir" adlı tədbir keçirildi. Tədbirdə Ana dili müəllimləri tədbir iştirakçılarına Ana dilimizin tarixi haqqında geniş məlumat verdilər. Aparıcılar çıxışlarında bildirdilər ki, bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi hər bir xalq öz dili ilə yaranır.Xalqın taleyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafında ən mühüm amillərdən biridir. Ona dövlət dili statusunun verilməsi isə həmin xalqın milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsinə geniş imkan yaradır.Gəlin, dilimizi qoruyaq, ona hörmət edək, hər birimiz üçün müqəddəs olan, babalarımızdan bizə miras qalan bu neməti tam dolğunluğu və gözəlliyi ilə gələcək nəsillərə ötürək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi