"Multukultural dəyərlər- milli-mənəvi sərvətimizdir"

                       21 dekabr 2019-cu il tarixində məktəbdə " Multukultural dəyərlər - milli-mənəvi sərvətimizdir" adlı dəyirmi masa keçirildi. Tədbirdə şagirdlərə ətraflı məlumat verildi ki, “Ölkələrin elm, təhsil, mədəniyyət, iqtisadi, siyasi, səhiyyə və digər sahələrdəki nailiyyətləri müvafiq göstəricilər vasitəsilə müəyyən olunur. Bu göstəricilərlə ölkələrin müvafiq sahə üzrə yeri müəyyən olunur. Multikulturalizm sahəsində də müəyyən göstəricilər var. Multikulturalizm ölkənin inkişafının mühüm bir sahəsini əks etdirir ki, bu da ilk növbədə, etnik mədəni müxtəlifliklərin qorunmasıdır. Etnik mədəni müxtəlifliklərin qorunmasının əhəmiyyəti ondan ibarətdir ki, bu, ilk növbədə, cəmiyyətdə inteqrasiya proseslərinə səbəb olur və şərait yaradır. Multikulturalizm sahəsində ölkələrin inkişaf səviyyəsini müəyyən etmək digər sahələrlə müqayisədə bir qədər çətindir.Sonda mözvu ilə bağlı slayd nümayış edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi