Dəyirmi masa
1918-ci ilin martında baş verən soyqırım hadisələri xalqımızın yaddaşında silinməz iz buraxmışdır. Bu hadisələrlə bağlı olaraq məktəbimizdə bir sıra tədbirlər keçirilmişdir. Bunlardan biri azərbaycanlıların soyqımının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masadır. Müəllim və şagirdlər soyqırım hadisəsi haqqında geniş müzakirələr apardılar. Tarix boyunca baş verən belə hadisələrin heç zaman unudulmayacağını və vətən yolunda qurban gedənlərin qanının yerdə qalmayacağını bir daha vurğuladılar.