16.10.2017-ci il tarixdə dahi Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi keçirildi. Şagirdlər böyük şairimizin bədii irsi ilə bağlı qısa bir müzakirə keçirdilər. Sonra isə hər bir şagird şairin zəngin yaradıcılığı və keçməkeşli həyatı haqqında fikirlərini yazdılar. Cavadova Xanım şairin həyatı ilə Azərbaycan tarixi arasındakı əlaqəni işıqlandırdı. Məmmədov Orxan isə şairin xalq yaradıcılığı üslubunda yazdığı şeirlərdən bəhs etməyə üstünlük verdi.