"Bilik Günü"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə həmin gün "Bilik Günü" elan edilmişdir. Bütün təhsil müəssisələrində olduğu kimi 241№li tam orta məktəbdə də 15 sentyabr "Bilik Günü" qeyd olundu. Tədbiri öz çıxışı ilə Cabarov Eldəniz müəllim açdı. Şagirdlər çıxışları və şeirləri ilə müəllimləri və şagirdləri təbrik etdilər.