Future Intelligence Student Olympiad
13 iyun 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Future Intelligence Student Olympiad beynəlxalq bilik yarışmasında məktəbimizin 10-cu sinif şagirdi Cəfərzadə Yəhya böyük uğura imza atmışdır.
21 ölkənin nümayəndələrinin iştirak etdiyi bu mötəbər olimpiadada Cəfərzadə Yəhya yüksək nəticə göstərərək 1-ci yerin qalibi olmuş və Qızıl medal ilə təltif edilmişdir.
Bu uğur məktəbimizin təhsil keyfiyyətinin və şagirdlərimizin potensialının bariz nümunəsidir. Şagirdimizi bu böyük nailiyyət münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.