Anım Günü
Bu gün Z.Ağayev adına 241 nömrəli tam orta məktəbdə ənənəvi olaraq Anım Günü qeyd olundu. Anım Günü Dövlət Himninin səslənməsi ilə başladı. İlk öncə məktəbin direktoru Şəlalə Əsgərova çıxış etdi.O, çıxışında Anım Gününün Respublikamızın hər yerində anıldığını, eləcə məktəbimizin də bu ənənəyə qatılmağının vacibliyini vurğuladı.Tədbirin davamında məktəbimizin tarix müəllimi Gülzar Qocayeva və fiziki tərbiyə müəllimi, qazi Fəyaz İbişov 44 günlük müharibə haqqında ətraflı məlumat verdilər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra məktəbimizin şagirdləri müharibəni əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Bu müharibədə sağlamlığını itirmiş qazilərə can sağlığı arzulayır, şəhidlərə Allahdan rəhmət diləyirik.