Narkomaniyaya yox deyək

  29.11.2023-cü il Xəzər rayon Zirə qəsəbə kütləvi kitabxanasında 241 və 120 № li tam orta məktəblərin 10-cu sinif şagirdləri və müəllimlərinin iştirakı ilə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirildi. Tədbirdə qonaq qismində Polis Akademiyasının İnzibati fəaliyyət kafedrasının müəllimi polis mayoru Azər Orucov, Zirə Sağlamlıq Mərkəzinin baş həkimi Əliyev S. və endokrinoloq, Əsgərova E. iştirak ediblər. Polis mayoru A.Orucov narkotik vasitələrin qanunsuz dövriyyəsi, dövlətimizin bununla mübarizə aparması, narkotiklərin növləri və s. haqqında geniş məlumat verdi. Daha sonra Zirə Sağlamlıq Mərkəzinin baş həkimi narkotikin istifadəsi, insan sağlamlığına mənfi təsirləri, narkomanların psixoloji, fizioloji vəziyyətləri, respublikamızda fəaliyyət göstərən Narkoloji Dispanser haqqında geniş məlumat verdi. Sonda şagirdlər öz sualları ilə qonaqlara müraciət etdilər və onları düşündürən bütün suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi