"Zəfərin mübarək Azərbaycan!"

2020-ci il 27 sentyabrda başlayıb cəmi 44 gün çəkən Vətən müharibəsinin sonu Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatdı.Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə bu qələbəni qazandırdı.Bu Zəfər Günü münasibətilə 06.11.23-cü il tarixində məktəbimizdə "Zəfərin mübarək,Azərbaycan "adlı bədii-musiqili tədbir keçirildi.Tədbir Dövlət Himninin səslənməsi ilə başladı və şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözüylə məktəbin direktoru Əsgərova Şəlalə açdı.Tədbirdə şəhid ailələri,qazilər,məktəb kollektivi iştirak etdi.Məktəbin tarix müəllimi Qocayeva Gülzar 44 gün sürən Vətən müharibəsinin təfərrüatları və igid oğullarımızın göstərdiyi şücaətdən bəhs etdi.Şagirdlərimizin hazırladıqları kompozisiyalar,şeirlər,mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Sonda şəhid anaları,qazilər öz ürək sözlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi