Şəhidlər bağı

Son illər ərzində reallaşdırılan layihələr arasında ən önəmlisi Şəhidlər bağının salınmasıdır.Nəzərinizə çatdırırıq ki,Şəhidlər bağının açılışı 12.05.2023-cü il tarixində məktəbin müəllim və şagird kollektivinin, şəhid analarının iştirakı ilə baş tutub.İdeya müəllifi və layihə rəhbəri məktəbimizin direktor əvəzi Şəlalə Əsgərovadır.Şəlalə müəllim bağı qısa zaman ərzində ərsəyə gətirmək üçün sözün əsl mənasında böyük əzmkarlıq nümayiş etdirib.Bağda şəhidlərin foto posterləri,səkkizguşəli simvolik olaraq bayraq rəngləri ilə boyanmış hovuz yer alıb.Həmçinin bağda ağaclar,çiçəklər əkilib və digər yaşıllaşdırma işləri aparılıb.

Şəhidlərimizi hər zaman uca tutur,şərəflə anırıq! Şəhidlər bağının salınmasında əsas məqsəd şəhidlərimizin xatirəsini hər an yad edə bilmək və şagirdlərə yüksək vətənpərvərlik hisslərini aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi