Hər Bahar gələndə

Novruz bayramı Azərbaycan xalqının tarixi qədim olan Milli Bayramıdır.Novruz öz gəlişi ilə qəlblərə istilik,xoş əhval -ruhiyyə gətirir.Bu gün Ziya Ağayev adına 241 saylı tam orta məktəbdə Baharın gəlişi və İlaxır çərşənbə böyük sevinc və təntənə ilə qeyd olundu.Tədbiri giriş sözü ilə məktəbin direktoru Əsgərova Şəlalə müəllim açıb bütün müəllimləri və şagirdləri Novruz bayramı münasibətilə təbrik etdi.Şagirdlərimizin ifasında Novruza həsr olunmuş şeirlər,mahnılar səsləndirildi,səhnəciklər göstərildi,Novruzun milli oyunlarından sayılan kəndirdartma,qol güləşləri nümayiş olundu. Sonda yarışın qalibləri mükafatlandırıldı.Bahar qızının,Kosa və Keçəlin gəlişi bayramı daha da şənləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi