“7-dən -17-yə Vətənpərvərlik”
Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar məktəbdə tərbiyə alırvə formalaşırlar. Fəal vətəndaşlar yetişdirmək vəzifəsi də ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində yaranır. Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək məqsədi ilə ardıcıl tədbirlər keçiririk. 25 oktyabr 2022-ci il tarixində VIIIb sinif şagirdləri, məktəb kitabxanaçısının iştirakı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin müzakirəsi təşkil olundu. Şagirdlər oxuduqları əsərləri müzakirə etdilər.