"Valideynin məktəbdə bir günü "layihəsi
20 dekabr 2019-cu il tarixdə məktəbimizdə “Valideynin məktəbdə bir günü” layihəsi uğurla həyata keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktor əvəzi Əsgərova Şəlalə açdı. O, layihənin məqsədi, bu günkü tədbirin planı ilə valideynləri tanış etdi. Valideynlər məktəbdə açılmış sərgi ilə tanış olduqdan sonra açıq dərslərdə iştirak etdilər.Sonra valideynlər onlar üçün təşkil olunmuş seminarda iştirak etdilər.
“Valideyn-müəllim-şagird” üçbucağı mövzusunda məktəbin tarix müəllimi Nəcad-İslam Fatimə mühazirə ilə çıxış etdi.Tədbir Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş ədəbi-bədii gecə ilə yekunlaşdı.Tədbirdə olimpiadada uğur qazanmış şagirdlər mükafatlandırıldılar.