İlkinin uğuruMəktəbin 5"A" sinif şagirdi Hüseynli İlkin Xəzər-92 İdman klubunun Lənkəran şəhərində keçirilən "Payız turniri" Boks yarışlarında 48 kq çəki dərəcəsində I yeri qazandığına görə diplom və medalla təltif olunmuşdur.
ŞAGİRDLƏRİMİZİN UĞURU 04.10.2019-cu il tarixində "Tarixi torpaqlarımız:Azərbaycan xanlıqları və müasir Azərbaycanın zəfər yolu" müsabiqəsinin ilk mərhələsində "Şamaxı xanlığı" mövzusundakı çıxışla şagirdlərimiz finala yüksəldi.
25.10.2019-cu il tarixində şagirdlərimiz eyniadlı mövzu ətrafında finala yüksəlmiş 6 məktəb arasında slayd təqdimatla və uğurlu çıxışla I yerə layiq görüldülər. Məktəbimizi təmsil edən komandanın üzvləri: XI sinif şagirdləri Hüseynzadə Mədinə, İsazadə Səma, X sinif şagirdi Ələkbərzadə Aysel, IX sinif şagirdləri Bağırzadə Elmir və Əlili Hüseyn diplomla təltif olundular
Məhəmmədin uğuruMəktəbin 3"Ç" sinif şagirdi Məmmədov Məhəmməd Səfərəli oğlu 18.10.2019-cu il tarixində Aslan idman klubunun açıq birinciliyində 24kq çəki dərəcəsində I yerə çıxdığına görə diplom və medalla təltif olunmuşdur.