IV sinif şagirdlərinin buraxılış tədbiri

    Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin fərmanı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili"elan edilməsi ilə əlaqədar 05.06.2024-cü il tarixində 226 №-li tam orta məktəbdə "Uşaqlar naminə həmrəy olaq"adlı 4-cü sinif şagirdlərinin buraxılış tədbiri keçirildi.
    Tədbir dövlət himni ilə başladı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Ulu öndər H.Əliyevin və prezident İ.Əliyevin şərəfinə şeirlər səsləndirildi. Şagirdlərin ifasında Zəfərə həsr edilmiş şeirlər səsləndi,mahnı oxundu,rəqs ifa edildi.Milli və müasir rəqslər bir-birini əvəz etdi."Əziz müəllimim"mahnı-rəqs kompozisiyası maraqla qarşılandı.
Tədbir məktəbin direktoru, şəhid anası A.Məmmədovanın çıxışı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi