Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya

    

    Azərbaycan Milli İncəsənət Muzeyi 18 May Beynəlxalq Muzeylər günü münasibətilə "Uşaqlar üçün incəsənət tarixi"layihəsi çərçivəsində "Azərbaycan İncəsənəti" adlı maarifləndirici proqram təşkil etmişdir.
     Bu münasibətlə məktəbin 6"a" sinif şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edib.
     Muzeyin bələdçisi muzeyin zəngin və müxtəlif tarixi dövrləri özündə əks etdirən maddi mədəniyyət nümunələrinin sərgiləndiyi ekspozisiyası ilə tanış edib. Bildirib ki, 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır.
    Azərbaycanın ən aparıcı mədəniyyət ocaqlarından biri olan və zəngin kolleksiyasında 18000-dən artıq eksponatın saxlanıldığı Azərbaycan Milli İncəsənət Muzeyi milli təsviri və tətbiqi sənət nümunələri ilə bərabər, ölkəmizin çoxəsrlik geniş mədəni əlaqələrindən xəbər verən Qərb və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını  özündə ehtiva edir.

    Muzeyin kolleksiyası ilə tanışlıq şagirdlərdə milli, eləcə də  dünya  incəsənəti haqqında dolğun və ətraflı təsəvvür yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi