Nümunəvi dərslər keçirilir

 Məktəbimizin tarix müəllimi Təranə Cəbiyevanın VI B sinfində “Atropatenanın qonşu dövlətlərlə münasibətləri” mövzusunda “Açıq dərs”i keçirildi.

 Açıq dərsdə məktəbin direktoru Arzu Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Rahilə Ağcayeva, tarix müəllimi Könül Talıbova iştirak etdilər. Dərs prosesində şagirdlər Təranə Cəbiyevanın Power Point proqramında hazırladığı təqdimatı izlədilər. Qruplarlarla iş şəklində qurulan dərsdə beyin həmləsi, müzakirə və s təlim formalarından istifadə olundu.

 Əvvəlcə şagirdlər Təranə müəllimənin Atropatenanın hansı dövlətlərlə münasibətdə olması və müttəfiqliyi ilə haqqında yönəldici sualları cavablandırdılar. Sonra müəllim “Atropatena Selevkilər və Parfiyadan necə asılı vəziyyətə düşdü tədqiqat sualını lövhədə yazdı. Açıq dərsdə “Atropatena”, “Parfiya”, “Selevkilər və “Arşakilər” qruplarına mövzu ilə başlı iş vərəqləri verildi. Şagirdlər verilən vaxtda iş vərəqindəki tapşırıqları yerinə yetirib, təqdim etdilər. Qrup liderlərinin yəni, Y.Rafiqin, A.Aminənin, H.Əsnad və B.Togrulun cavabları dinlənildi, müzakirə olundu, əlavələr edildi. Həmin gün şagirdlər test tapşırıqlarını da düzgün cavablandırdılar. Dərs zamanı şagirdlər Atropatena dövlətinə aid olan xəritədən də istifadə etdilər. Dərsdə qrupların qiymətləndirilməsi meyarlar üzrə aparıldı. Dərsin sonunda şagirdlər Atropatena haqqında topladıqları məlumata əsasən artıq belə qənaətə gəldilər ki, Atropatena öz müstəqilliyi, torpaqlarının vahidliyi uğrunda qalibiyyətli mübarizə aparmışdır.

 Dərsin sonunda məktəbin direktoru Arzu Məmmədova tarix müəllimi Təranə Cəbiyevanın nümunəvi və yeni təlim texnologiyaları üzərində qurulan Açıq dərsini yüksək dəyərləndirdi.

.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi