21 fevral - Beynəlxalq Ana Dili Günüdür

    Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Bu onun mənəvi borcudur. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

 Elə bu məqsədlə də, Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbin təşkilatı işlər üzrə direktor müavini, eyni zamanda Azərbaycan dili və ədəbiyyat müəllimi Zenfira Nusalova dərs verdiyi 8a sinfi ilə birlikdə “21 fevral Beynəlxalq Ana Dili Günü”nü ilə bağlı tədbir keçirmişlər.Tədbirdə çıxış edən şagirdlər Ana Dili Gününün yaranmasının tarixşəsindən bəhs edərək öz doğma dillərini çox sevdiklərini, onu heç vaxt yaddan çıxarmayacaqlarını, daima qoruyacaqlarını bildirərək doğma dillərinə olan sevgilərini şeirlərlə də bildirmişlər.

https://youtube.com/shorts/Orao9ogK0Pc

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi