Pedoqoji şuranın iclası

   02.02.2024-cü il tarixində Yasamal rayonu 225 N-li məktəbdə Pedoqoji şuranın növbəti iclası keçirilmişdir.Keçirilən iclasda məktəbin pedoqoji kollektivi ilə yanaşı məktəbin valideyn komitələri də iştirak etmişdir. Məktəbin direktoru Sevda Eminova öz çıxışında qarşıya qoyulan məsələlərdən birinin pedoqoji kollektiv tərəfindən  yarımillik hesabatların verilməsi ilə əlaqədar olaraq məktəbin metodbirləşmə rəhbərləri, Psixoloqlar, UBTR, təlim-tərbiyə işləri üzrə direktor müavini və Təşkilatı işlər üzrə direktor müavinin yarımillik hesabatları dinlənmişdir.

    Son günlərdə təhsil müəssisələrindən təhlükəsizliklə bağlı təlimatların pozulması, bu halların təhsil mühitinə mənfi təsir göstərməsi, təhlükəsizliyin təminatı və  sağlam psixoloji mühitin yaradılması üçün bir çox tədbirlərin həyata keçiriləcəyini bildirən məktəbin direktoru Sevda Eminova məktəbin valideyn komitələrinin bu məsələ ilə bağlı fikir və təkliflərini dinləyərək, sinif rəhbərlərinin, valideyn komitələrinin və psixoloqların daha aktiv və birgə fəaliyyətinin nəticəsində  bir çox işlərin görülməsini təklif etmişdir.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi