20 Yanvar - Qan yaddaşımız

    Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlığın gedən yolun başlanğıcıdır.

     Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbin 8a sinif şagirdləri də məhz bu günlə bağlı tədbir keçirərək  şəhidlərin  xatirəsini əziz tutacaqlarını, onları heç zaman unutmayacaqlarını bildirmişlər. Onların ruhunu 1 dəqiqəlik sükutla yad edərək 20 Yanvar faciəsinin görüntülərini əks etdirən videoçarx izləmiş, onlara olan dərin sevgilərini şer, maraqlı fikirlər və çəkdikləri rəsmlərlə qeyd etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi