YAP Yasamal Rayon Təşkilatı Partiyası ilə görüş

   Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yasamal rayon 225 N-li məktəbin müəllimləri,  “Ə. Ələkbərov küçəsi 507/511” ünvanında partiya fəalları və sakinlərlə görüşüb.

Görüş iştirakçılarını salamlayaraq çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb.

Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir.

Səmimi söhbət əsanasında çıxış edənlər-Şuşa şəhər sakini Vüsalə Əsədova, Füzuli şəhər sakini Tahirə Məmmədova və Ağdam şəhər sakini Yaqut Rzayeva qeyd ediblər ki, qazanılan böyük uğurların əsasında isə Ümummilli liderimizin müəyyənləşdirdiyi ölkəmizin hərtərəfli inkişaf strategiyası, Prezident İlham Əliyevin çevik, Azərbaycanı davamlı tərəqqiyə aparan praqmatik siyasəti dayanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi